Dünya

"Novavax" COVID-19 əleyhinə vaksin hazırlamaq üçün 1,6 milyard dollar alıb

7 İyul 2020 19:12
Baxış: 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikanın "Novavax" əczaçılıq kompaniyası yeni növ koronavirusa qarşı vaksin hazırlamaq üçün ABŞ federal hökumətindən 1,6 milyard dollar alıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə kompaniyanın press-relizində deyilir. Məlumata görə, həmin vəsait vaksinin klinik sınaqlarının başa çatdırılması, o cümlədən kütləvi istehsalı və 2020-ci ilin sonlarına qədər 100 milyon vaksin dozası tədarük etmək üçün ayrılıb.

"Novavax" əczaçılıq kompaniyası may ayında koronavirus əleyhinə hazırladığı vaksinin insanlar üzərində ilk klinik sınaqlarına başlayıb. Sınaqların ilkin nəticələri iyul ayının sonlarında məlum olacaq.

Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu aşkarlayıb. Martın 11-də ÜST koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.