Dünya

Dünya Bankı cənubi və şərqi Afrika ölkələrinə 245 milyon dollar yardım ayırıb

8 İyul 2020 08:25
Baxış: 702
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Dünya Bankı Afrikanın cənub və şərq hissələrindəki ölkələrdə infrastruktur obyektləri tikintisinin dəstəklənməsi üçün 245 milyon dollar maliyyə ayrılması qərarını təsdiq edib. Bu, Dünya Bankının Afrika qitəsində bu qəbildən olan ilk təşəbbüsüdür.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, infrastrukturun maliyyələşdirilməsinə dair regional layihə enerji, nəqliyyat, logistika və sosial sahələrdə fəaliyyət göstərən özəl şirkətlər üçün uzunmüddətli maliyyələşdirmənin genişləndirilməsinə yönəlib.

Dünya Bankının Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrində regional inteqrasiya üzrə direktoru Debora Vetselin sözlərinə görə, bu vəsait quraqlıq ucbatından elektrik enerjisinin çatışmazlığını, həmçinin enerjinin ötürülməsi və paylanması zamanı yaranan ümumi itkiləri aradan qaldırmağa kömək edəcək.

Sözügedən vəsait regionda maliyyə çatışmazlığını aradan qaldırmağa və özəl sektorda əlavə 975 milyon dolların səfərbər edilməsinə yönəldiləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.