Dünya

Misir Səhiyyə nazirinin müavini: COVID-19 ölkədə əhali artımına mənfi təsir göstərəcək

8 İyul 2020 07:47
Baxış: 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misir Səhiyyə nazirinin müavini Tarik Tevfik bildirib ki, COVID-19 pandemiyası dövründə ölkədə demoqrafik proseslər mənfi istiqamətdə dəyişib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, onun sözlərinə görə, son dörd ay ərzində evlənənlərin və dünyaya uşaq gətirənlərin sayında azalma müşahidə olunur və bu tendensiya qarşıdakı aylarda da davam edəcək. Nazir müavini əlavə edib ki, virusa yoluxma və iş yerini itirmə amilləri insanları ailə qurmaq və dünyaya uşaq gətirmək planlarından uzaqlaşmağa vadar edir.

Misir Səhiyyə Nazirliyinin son məlumatına görə, ölkədə COVID-19-a yoluxanların sayı 76 min nəfəri keçib, 3422 pasiyent dünyasını dəyişib. Səhiyyə işçiləri arasında da xəstəlikdən həyatını itirənlərin sayı artır. İndiyədək Misirdə 80-ə yaxın həkim və çoxlu sayda tibb işçisi vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.