Dünya

İranda 1 gündә koronavirusdan 200 nәfәr öldü

7 İyul 2020 17:30
Baxış: 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İranda ötәn sutka әrzindә daha 200 nәfәr koronavirusdan (COVID19) ölüb".

Milli.Az Trend-ə istinadən əbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, nelәliklә İranda bu virusdan ölәnlәrin sayı 11 931 nәfәrә yüksәlib.

Sadat Lari әlavә edib ki, İranda ötәn 24 saat әrzindә daha 2 637 nәfәr koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 245 688 nәfәrә çatıb. Virus daşıyıcılarından 3 270 nәfәrin vәziyyәti ağırdır.

Nazirlik rәsmisi İranda 207 min nәfәrin koronavirusdan sağaldığını deyib.

Sadat Lari bildirib ki, Xuzistan, Qәrbi Azәrbaycan, Şәrqi Azәrbaycan, Kürdüstan, Kirmanşah, Hörmüzqan, Buşehr, Rәzәvi Xorasanı vә İlam vilayәtlәrindә vәziyyәt ağırdır.
İranda indiyәdәk 1,84 milyondan çox diaqnoz testi hәyata keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.