Dünya

Polis mikroavtobusu saxladı: 14 nəfərlik marşrutdan 42 sərnişin düşdü - FOTO

7 İyul 2020 14:04
Baxış: 3 526
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Esenyurt bölgəsində polis yeni növ koronavirus infeksiyası ilə mübarizədə əsas məsələlərdən olan sosial məsafə qaydalarına əməl etməyən nəqliyyat vasitələrinə qarşı reyd edib.

Milli.Az İHA-ya istinadən xəbər verir ki, polislərin saxladıqları tutumu 14 sərnişin olan mikroavtobusdan 42 sərnişin çıxıb.

Reyd zamanı saxlanılan digər nəqliyyat vasitələrindən 12 nəfərlik mikroavtobusda 24 sərnişinin, başqa birində isə 19 sərnişinin daşındığı aşkar edilib.

Sürücülərə qanuna zid əməllərinə görə 3 min 254 TL (Təxminən 805 manat) məbləğində cərimə tətbiq edilib.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.