Dünya

Xəstələnən qohumunu ziyarətə gedən 4 nəfər koronavirusa yoluxdu

7 İyul 2020 13:30
Baxış: 2 445
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə xəstələnən N.B. adlı vətəndaşdan götürülən test nəticəsi pozitiv çıxınca onu ziyarətə gedən 4 qohumu da koronavirusa yoluxub.

Milli.Az İHA-ya istinadən xəbər verir ki, hadisə Kocaeli rayonunun Kandıra qəsəbəsində baş verib. Testi pozitiv çıxan N.B.-nin həyat yoldaşı F.B. və eyni məhəllədə yaşayan qızı S.S.-nın da test nətiəsi pozitiv çıxıb. Sonra koronavirus test nəticələri pozitiv çıxan şəxslərlə təmasda olan vətəndaşlar da müəyyən edilərək onlardan da test götürülüb. 

N.B.-yə və qızı Səhər S.-ya "Yastığınız yüngül olsun" demək üçün ziyarət edən 3 nəfərdən götürülən test nəticələri də pozitiv çıxıb. Yoluxanlar yaxınlıqdakı xəstəxanalara köçürülüblər.

Məhəmməd Vaqif
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.