Dünya

Cavad Zərif: “Ağ Evə kimin gəlməsindən asılı olmayaraq, İranın zərəri kompensasiya edilməlidir”

7 İyul 2020 16:54
Baxış: 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın növbəti prezidentinin kim olmasından asılı olmayaraq, Vaşinqton sanksiyalarla İrana dəymiş zərəri kompensasiya etməlidir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

"2021-ci ildə Ağ Evdə Tramp və ya başqası oturacaq. Orada kimin oturmasından asılı olmayaraq, ona əvvəlki hakimiyyətdən, o cümlədən İran xalqına və iqtisadiyyatına vurulmuş ziyanın məsuliyyəti keçəcək.

Ağ Evdə kimin olmasına baxmayaraq, onlar (ABŞ hökuməti - red.) zərəri kompensasiya etməli, beynəlxalq razılaşmalara qayıtmalı olacaqlar", - deyə C.Zərif bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.