Dünya

3 aylıq karantin rejimi yumşaldılan ölkədə insanlar restoranlara axışdı, pivəxanalar yenidən bağlandı - FOTO

7 İyul 2020 11:18
Baxış: 4 295
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

3 aydır ki karantin rejimi tətbiq edən Britaniyada bir neçə gün əvvəl yumşalma həyata keçirilsə də, nəticəsi yaxşı olmayıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, insanların küçələrə, restoranlara, pivəxanalara axışması, sosial məsafəyə riayət etməməsi yoluxma sayının artmasına gətirib çıxarıb. Nəticədə pivəxanaların fəaliyyət ömrü uzun çəkməyib. Belə ki, Londondakı məşhur pivəxanalar işçilərinin koronavirusa yoluxması səbəbindən yenidən bağlanıb.

Qeyd edək ki, Birləşmiş Krallıq koronavirusa görə ölüm sayına əsasən ABŞ və Braziliyadan sonra üçüncü yerdə dayanır. Rəsmi statistikaya görə Britaniyada koronavirus səbəbindən dünyasını dəyişənlərin sayı 44 mindən çoxdur.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.