Dünya

Hindistanda koronavirusdan ölənlərin sayı 20 mini keçdi

7 İyul 2020 11:12
Baxış: 1 313
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusa yoluxanların sayı gün keçdikcə artmaqdadır.

Milli.Az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən bugünkü statistikaya görə dünya üzrə koronavirusa yoluxanların sayı 11 milyon 747 mindən artıqdır.

Hindistan koronavirusa yoluxma sayına görə 3-cü yerdədir. Bu ölkədə koronavirus səbəbindən ölənlərin sayı 20178 nəfərdir.

Ən çox yoluxma halı Maxaraştra ştatında baş verir. Bu ştatda 9 mindən çox insan koronavirus səbəbindən ölüb. Delhidə isə 1 milyondan çox insan koronavirusa yoluxub, 3 min insan bu səbəbdən dünyasını dəyişib.

Qeyd edək ki, Hindistanın 1 milyard 380 milyondan çox əhalisi var.

Bəxtiyar Umarlı
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.