Dünya

Almaniyada yeni cərimə tətbiq edilir

6 İyul 2020 20:24
Baxış: 1 078
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bundestaq Cinayət Məcəlləsinə yol-nəqliyyat hadisələri qurbanlarının video və foto çəkilişlərinə görə maddə əlavə edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, deputatların belə bir addım atmasına səbəb qəzaya düçar olan şəxslərin onlar barədə sosial şəbəkələrdə yayılan foto və videoçarxlarla bağlı çoxsaylı şikayətləri olub. Onlar məktublarında yazıblar ki, bir çox məsuliyyətsiz insanlar üçün başqasının problemi əyləncəyə çevrilib.

Həqiqətən, seyrçilər çox vaxt yol-nəqliyyat hadisələrini çəkərək həmin dəhşətli görüntüləri sosial şəbəkələrdə yayırlar. Belə özbaşınalıqlar, təbii ki, təkcə qeyri-etik baxımdan deyil, həm də cinayət hadisəsi baxımından xarakterizə olunmalıdır. Qeyd edək ki, belə hərəkətlərə yol verənlər bundan sonra yüksək məbləğdə cərimə və hətta iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.