Dünya

Doqquz yaşlı oğlanı mahnıya qulaq asdığına görə öldürüb hamamda doğradı

6 İyul 2020 21:20
Baxış: 2 926
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Doqquz yaşlı uşaq uca səslə musiqiyə qulaq asdığı üçün qonaq getdiyi evdə öldürülüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, dəhşətli hadisə Rusiyanın Krasnodar diyarında baş verib.

Uşaq ötən ilin may ayında itkin düşüb: evdən çıxıb və bir daha geri qayıtmayıb. Polis işə qarışıb. Lakin sonradan məlum olub ki, uşağı artıq sağ tapa bilməyəcəklər.

Məlum olub ki, həmin məşum gündə o, əmisinin birgə yaşadığı qadının evinə qonaq gedib. Orada ucadan musiqiyə qulaq asdığı və digər uşaqların yatmasına mane olduğu üçün qadın onu boğaraq öldürüb.

Bundan sonra qatil meyiti soyuqqanlılıqla hamam otağına aparıb, orada doğrayıb, qalıqları torbaya yığıb, üstünə xlor töküb və tövlədə gizlədib.

28 yaşlı qadın cinayətin izlərini ört-basdır etməyə çalışsa da, bir ildən sonra həqiqət ortaya çıxıb. Hüquq-mühafizə orqanının əməkdaşları cəsədi elə həmin tövlədən tapıblar.

Qadın saxlanılıb. Onun barəsində cinayət işi açılıb. İstintaq davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.