Dünya

Karantin rejimi yumşaldılan ölkədə insanlar küçələrə axışdı, polis hərəkətə keçdi - FOTO

6 İyul 2020 13:24
Baxış: 2 429
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Karantin rejimi yumşaldılan şəhərdə çəkilən görüntülər təəccübləndirir.

Milli.Az Dailymail-ə istinadla bildirir ki, London sakinləri karantin rejiminin tətbiq olunmamasını fürsət bilərək küçələrə axışıb, məclislər təşkil ediblər. Onlar sosial məsafəyə riayət etmədən bir yerə toplaşaraq səhərədək əyləniblər.

Sözügedən nəşr şəhərdə keçirilən məclislərdən çəkilən görüntülərini yayaraq "London Suicide Sunday" - "İntiharlı bazar günü" başlığı ilə təqdim edib.

Nəticədə, polis məsələyə müdaxilə etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, iyun ayından etibarən Britaniyada karantin rejimi yumşaldılıb. Ümumdünya Səhiyyə Təşkilatının bugünkü statistikasına əsasən Birləşmiş Krallıqda 285 mindən çox insanda Covid-10 aşkarlanıb, 44 mindən çox insan bu virus səbəbindən dünyasını dəyişib.

Bəxtiyar Umarlı
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.