Dünya

Bavariyada COVID-19 testlərini pulsuz vermək mümkün olacaq

6 İyul 2020 20:45
Baxış: 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bavariya federal əyalətlər içərisində birinci olaraq xəstəliyin simptomlarının, yaxud risk qrupuna daxil olub-olmamasına baxmayaraq, bütün sakinlər üçün koronavirus testlərinin pulsuz verilməsini tətbiq edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Bavariyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Gündəlik 30 min nəfərdə infeksiyanın mövcudluğunun yoxlanılması planlaşdırılır. Testlərin xərcləri tibbi sığorta kassaları tərəfindən ödənilmədiyi təqdirdə müvafiq məbləği əyalət büdcəsi ödəyəcək.

Bu yaxınlarda əyalətin Nazirlər Kabinetinin iclasında qəbul edilən strategiyaya görə, Bavariyada qeydiyyatda olan hər kəs - hətta həmin şəxsdə COVID-19 simptomları olmasa və ya o, infeksiya daşıyıcıları ilə təmasda olmasa belə, koronavirus testini pulsuz verə bilər. Yoxlama üçün ailə həkiminə müraciət olunması kifayət edir. Analizlərin müraciətdən sonra 48 saat ərzində götürülməsi, nəticələr barədə isə bir həftə ərzində məlumat verilməsi planlaşdırılır.

Berlin ehtimal ki, bundan nümunə götürəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.