Dünya

Koronavirusa görə Serbiya və Yunanıstan arasında sərhədlər bağlanıb

6 İyul 2020 16:19
Baxış: 674
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus təhlükəsinə görə Serbiya və Yunanıstan arasında sərhədlər bu gündən bağlanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, aprel ayından bəri yoluxma sayının sürətlə artması səbəbindən iyulun 4-də Belqradda fövqəladə vəziyyət elan edilib.

Serbiyanın Xarici İşlər naziri İvitsa Daçiç deyib ki, ölkə vətəndaşları xüsusi hallar istisna olunmaqla Yunanıstana səfərlərini təxirə salmalıdırlar.

Serbiyada koronavirusa 16 min 131 yoluxma faktı qeydə alınıb. Onlardan 311-i vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.