Dünya

Avstraliyada ştatlar arasında sərhəd bağlanıb

6 İyul 2020 16:39
Baxış: 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Avstraliyada koronavirusa yoluxma sayının kəskin artması ilə əlaqədar Viktoriya və Yeni Cənubi Uels ştatları arasında sərhədlər bağlanıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Viktoriya ştatının baş naziri Den Endryus deyib.

O bildirib ki, qərar ştat rəhbərləri arasındakı danışıqlardan sonra qəbul edilib.

Bu gündən etibarən Yeni Cənubi Uels ştatına getmək üçün xüsusi buraxılış sistemi yaradılıb.

Qeyd edək ki, son sutka ərzində Viktoriya ştatında 127 yeni yoluxma qeydə alınıb, daha 2 nəfər isə ölüb. Bu günədək Avstraliyada koronavirusa yoluxanların sayı 8,5 min nəfəri keçib, 106 nəfər həyatını itirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.