Dünya

32 ölkənin alimlərindən ÜST-ə MÜRACİƏT - Virus bu yolla da ötürülə bilər

6 İyul 2020 22:46
Baxış: 1 994
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

32 ölkədən 240-a yaxın alim Ümumdünya Səhiyyə Təşkilatından infeksiyanın havadakı ən kiçik hissəciklər vasitəsi ilə ötürülməsinin koronavirusun yayılmasında əhəmiyyətli amil olduğunu qəbul etmələrini xahiş edib.

ÜST hesab edir ki, koronavirus ilk növbədə yoluxmuş insanın tənəffüs yollarından, həmçinin öskürək və ünsiyyət yolu ilə havaya atılan böyük damcılar vasitəsilə yayılır. Bu şəkildə virus səthə nüfuz edir.

Milli.Az xəbər verir ki, 239 alimin fikrincə, dəlillər virusun qapalı havada olan ən kiçik hissəciklər vasitəsi ilə yayıla biləcəyini göstərir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dünənə olan məlumatına görə, dünyada koronavirus infeksiyasına yoluxmaların sayı 11 milyonu keçib, 528 mindən çox insan xəstəliyin qurbanı olub. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.