Dünya

Hindistan yoluxma sayına görə Rusiyanı keçdi, üçüncü yerə çatdı

6 İyul 2020 11:44
Baxış: 1 379
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistan koronavirusa yoluxma sayına görə siyahıda 3-cü yerə çatıb.

Milli.Az bildirir ki, Hindistan koronavirusa yoluxanların sayına görə siyahıda Rusiyanı üstələyib. Bu ölkədə 698 mindən çox insan koronavirusa yoluxub, 19 mindən çox insan bu xəstəlik səbəbindən dünyasını dəyişib.

Siyahının birinci yerində ABŞ qərarlaşıb. Karantin rejimi tətbiq olunmayan Braziliya siyahıda ikinci yerdədir.

Ümumilikdə isə dünya üzrə koronavirusa yoluxanların sayı 11 milyon yarımı keçib. 536 mindən çox insan Covid-19 səbəbindən ölüb.

Qeyd edək ki, koronavirus yeni yayılmağa başlayan vaxtlarda bəzi şəxslər virusun İtaliyada yayılıb, Çinin yaxınlığında yerləşən Hindistanda yayılmamasını əsas gətirərək bunun "böyük oyun" olduğunu iddia edirdilər.

Bəxtiyar Umarlı
Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.