Dünya

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 203 mindən çox artıb

5 İyul 2020 23:05
Baxış: 1 076
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 203 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyulun 5-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 203 836 nəfər yeni koronavirusa yoluxub, 5 195 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 11 125 245, ölənlərin isə 528 204 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 5 697 954 yoluxma və 262 538 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 774 221, ölənlərin sayı isə 199 879 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 1 153 157 yoluxma və 27 074 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.