Dünya

Anasını öldürüb, videoya çəkdi - Tükürpədici hadisə

5 İyul 2020 17:20
Baxış: 2 546
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Manisa vilayətinin Şahzadələr rayonunda evdən ölü tapılan qadını doğma oğlunun öldürdüyü məlum olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 54 yaşlı Nuray Duğrulun cəsədini evinə təmirə gələn ustalar tapıblar.

Araşdırma zamanı qadını 20 yaşlı oğlu İlhan Süngercilerin öldürdüyü məlum olub.

Gənc ilk ifadəsində bildirib ki, anası ilə səhər yeməyindən sonra işə gedib, qadının öldüyünü isə ona qonşuları xəbər verib.

Sonradan İ.Süngerciler törətdiyi əməli etiraf edib. Məlum olub ki, anası həmin şəxsin küçədə tapdığı pişikləri evə gətirməsi ilə razılaşmayıb. Onların arasında mübahisə başlayıb və İ.Süngerciler anasını itələyib. Bundan sonra o, yıxılaraq, başının yerə dəyməsi səbəbindən ölən anasını videoya çəkib və evdən çıxıb, işə gedib.

Polis İ.Süngercileri nəzarətə götürüb. (oxu.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.