Dünya

Mövlud Çavuşoğlu: İndiyədək 130 ölkədən 90 mindən yuxarı vətəndaşımızı Türkiyəyə gətirmişik

5 İyul 2020 17:40
Baxış: 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı sistemli mübarizə aparmaqla bərabər, infeksiyanın yayılmasının qarşısını almaq üçün xarici ölkələrə yardım etməkdədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Antalyanın Alanya rayonunda keçirilən "Sağlam turizm, təhlükəsiz şəhər" toplantısındakı çıxışında ifadə edib. Nazir məlumat verib ki, indiyədək 130 ölkədən 90 mindən yuxarı Türkiyə vətəndaşı ölkəyə gətirilib. O cümlədən, 90 ölkənin istəyi ilə təxminən 230 min xarici vətəndaşın öz məmləkətinə getməsinə köməklik göstərilib. Bu vaxtadək 137 ölkəyə COVID-19 infeksiyasına qarşı ləvazimatlardan ibarət yardım göndərilib. Yardımlara davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.