Dünya

"Electron" raketinin kosmosa buraxılışı uğursuzluqla nəticələnib

5 İyul 2020 16:10
Baxış: 756
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni Zelandiyanın Mahiya yarımadasından "Electron" raketinin kosmosa buraxılışı uğursuzluqla nəticələnib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Rocket Lab" şirkətinin mütəxəssisləri süni peyklərin orbitə çıxarılmasını təmin edə bilməyiblər.

Şirkətin saytında bu barədə yayılan məlumatda qeyd edilir ki, raketin uğurlu startından və birinci pillənin ayrılmasından sonra nasazlıqlar əmələ gəlib. Həmin nasazlıqlar uçuş başladıqdan təqribən 4 dəqiqə sonra qeydə alınıb. Beləliklə, "Electron" raketinin göyərtəsində olan yük orbitə çatdırılmayıb.

Bununla yanaşı, qəza zamanı heç kimin xəsarət almadığı və start kompleksinə zərər dəymədiyi də bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.