Dünya

Güclü sel Türkiyədə ağır fəsadlar yaradıb - FOTO

5 İyul 2020 14:57
Baxış: 866
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin şərq bölgəsində əvvəlcədən proqnozlaşdırılan güclü yağış sel və daşqınlara səbəb olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Qars vilayətinin Akyaka rayonunda yerləşən Karahan kəndinin əsas hissəsi su altında qalıb. Muşun Malazgirt rayonun Bostankaya kəndində isə 50-dən artıq iribuynuzlu heyvanı sel aparıb. Rayonun 15-dən artıq kəndində əkin sahələrini lil basıb. Erzincan vilayətinin Üzümlü rayonundakı Qurd dərəsi seldən daşaraq ətrafı dağıdıb. Yüksək gərginlikli elektrik xətlərinin dəmir dirəkləri yıxılıb.

Metroloqlar bəzi bölgələrdə bu günlərdə əlverişsiz hava şəraitinin davam edəcəyini, sel və daşqınların yaranacağını bildiriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.