Dünya

Misir koronavirusa qarşı vaksinin tədarükünə dair kontrakt imzalayıb

5 İyul 2020 15:45
Baxış: 962
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misirin Farmasevtika İdarəsi "AstraZeneca" şirkəti ilə gələcəkdə Oksford Universitetinin COVID-19-a qarşı vaksininin tədarükünə dair kontrakt imzalayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, dövlət qurumu olan bu idarə vaksinin miqdarını və göndəriləcəyi vaxtı açıqlamayıb.

Bu ölkənin Səhiyyə Nazirliyinin məlumatı isə yeni növ koronavirus pandemiyasına yoluxmaların və vəfat edənlərin sayının azalmadığını göstərir. Belə ki, son sutka ərzində Misirdə daha 1342 nəfər COVID-19-a yoluxub, 79 pasiyent isə həyatını itirib. Yoluxanların ümumi sayı 74 mini keçib, 3280 pasiyent isə vəfat edib. Məlumatda indiyədək 20 mindən artıq insanın müalicə olunaraq evə buraxıldığı bildirilib.

Misir hökuməti bəyan edib ki, artıq karantin xəstəxanaları yerli farmasevtika şirkətlərinin istehsalı olan "Remdesivir" preparatı ilə təmin edilir. COVID-19-un müalicəsində effektiv olan bu dərmanın ixracı isə yerli tələbat ödənildikdən sonra həyata keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.