Dünya

Almaniyada koronavirusdan ölənlərin az olmasının səbəbi nədir?

5 İyul 2020 16:40
Baxış: 1 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Harvard Universitetinin professoru Tobias Kurt Almaniyada koronavirusdan ölənlərin az olmasının səbəbini izah edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Almaniyada əhalinin hər milyon nəfərinə 108 ölüm halı düşür. Bu, dünyada ən aşağı göstəricilərdən biridir.

"Bizim epidemiyaya hazırlaşmağa vaxtımız oldu. Bizim səhiyyə sistemimiz onsuz da yaxşı hazırlıqlı idi, amma biz onu daha da gücləndirdik", - deyə Kurt bildirib.

Professor, həmçinin qeyd edib ki, hakimiyyət orqanları virusun yayılma tempini epidemiyanın ilkin mərhələsində aşağı salmağa nail oldu. Bu da yaşlı insanların yoluxmasının qarşısını almağa imkan verdi.

Alimin fikrincə, Almaniyada koronavirusdan ölüm hallarının azlığı alman cəmiyyətinin quruluşu və mədəniyyəti ilə bağlıdır. Almanların bir neçə nəslinin ailənin digər üzvləri ilə nadir halda bir evdə yaşadığını vurğulayan epidemioloq deyib: "Cənubi Avropa ölkələrində yaşlı insanlar daha çox inteqrasiya olunublar, ailənin digər üzvləri ilə bir evdə yaşayanlar çoxdur. Buna görə də əgər ailənin təkcə bir üzvü yoluxarsa, virusun başqalarına ötürülməsi riski artır, yaşlı insanlar isə yüksək risk qrupuna daxildir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.