Dünya

Pandemiya AFR büdcəsinə 217,8 milyard avroya başa gəlib

5 İyul 2020 16:30
Baxış: 746
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bundestaqın dünənki iclasında ölkənin dövlət büdcəsinə düzəlişlər bəyənilib. Beləliklə, AFR-in dövlət borcunun məbləği 217,8 milyard avro artıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qəbul edilmiş düzəlişlərə əsasən xəzinə ehtiyatlarından ayrılacaq bu məbləğ əhalinin alıcılıq qabiliyyətinin stimullaşdırılması və biznesin dəstəklənməsi üçün nəzərdə tutulur. Qanunvericilərin fikrincə, bu tədbir pandemiya nəticəsində yaranmış dərin iqtisadi böhrandan çıxmağa köməyə yönəldilib.

AFR Maliyyə Nazirliyi bundestaqın bu qərarını alqışlayaraq bildirib ki, böhran dövrlərində hökumət qənaət etməməlidir. Maliyyə Nazirliyinin planına əsasən yeni borc 20 il ərzində ödəniləcək.

Eyni zamanda, Bundestaqın bu qərarı Almaniya cəmiyyəti tərəfindən heç də birmənalı qarşılanmayıb. Bəzi analitiklər dövlət büdcəsinə düzəlişləri kəskin tənqid ediblər. Onların fikrincə, ölkənin bu qədər borca düşməsi düzgün addım deyil. Şərhçilərdən biri "Bild" qəzetinin bugünkü nömrəsində yazır: "217,8 milyard avronu bizim övladlarımız və nəvələrimiz ödəməli olacaqlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.