Dünya

Özünə qızıldan qoruyucu maska hazırlatdı - FOTO

5 İyul 2020 13:27
Baxış: 2 245
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın Maharaştra ştatının sakini Şankar Kurade koronavirusdan qorunmaq üçün zərgərə qızıldan qoruyucu maska sifariş edib və onunla ictimaiyyət arasına çıxıb.

Milli.Az Modern.az-a istinadən xəbər verir ki, qızıl həvəskarının sözlərinə görə, bu yaxınlarda gümüşdən maska taxmış bir nəfərlə rastlaşıb və bundan sonra özünə qızıldan qoruyucu maska sifariş edib.

Kurade həm də etiraf edib ki, ağır qızıl zinət əşyaları taxmağı xoşlayır və belə bir maska da üzərindəki bəzəklərə uyğun gələcək.

Zərgər qeyri-adi sifarişi yerinə yetirib və 2,5 kq-lıq maska hazırlayıb. Bu qoruyucu maska sifarişçiyə təxminən 3870 ABŞ dollarına başa gəlib.   

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.