Dünya

Tramp: Çinin yalanı virusun 189 ölkədə yayılmasına imkan verdi

5 İyul 2020 12:21
Baxış: 1 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp yenidən koronavirus pandemiyasına görə Çin Xalq Respublikasını cəzalandıracağını vəd verib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Tramp Müstəqillik Günü münasibəti ilə çıxışında bunları deyib:  

"Çinin yalanı, onun gizliliyi və problemləri xalçanın altına süpürmək cəhdləri virusun 189 ölkədə yayılmasına imkan verdi. Çin tam məsuliyyətə cəlb edilməlidir".

Onun sözlərinə görə, Çindən yalnız koronavirus deyil, "həm də başqa viruslar çıxıb". Ancaq ABŞ prezidenti nəyi nəzərdə tutduğunu izah etməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.