Dünya

Bu ölkədə it əti satışına qadağa qoyuldu

5 İyul 2020 12:57
Baxış: 1 254
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın şimal-şərqindəki Naqaland əyalətində it ətinin satışına qadağa qoyulub.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Hindistanın "The Indian Express" nəşri məlumat yayıb.

Hindistanın Dövlət katibi Temjen Toyun qərarına əsasən, əyalət rəhbərliyinə bişmiş və ya bişirilməmiş it əti ticarəti ilə məşğul olmağı dayandırmaq tapşırılıb.

Qərar millət vəkili və heyvan hüquqları müdafiəçisi Maneka Qandhinin həftənin əvvəlində etdiyi bir çağırışından sonra qəbul edilib. Qandhinin dövlətə it ətinin satışını qadağan etmək barədə çağırışından sonra 125 mindən çox insan Naqaland rəhbərliyindən bu qərarın təmin olunmasını tələb edib.

Qeyd edək ki, it əti ənənəvi olaraq Hindistanın şimal-şərqindəki əyalətlərdə istehlak olunur.

Bazarlarda satmaq üçün hər il 30 min itin Naqalanda aparıldığı bildirilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.