Dünya

Gürcüstanda əcnəbi iş adamları üçün yeni qaydalar müəyyən edilib

4 İyul 2020 14:39
Baxış: 1 189
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan hökuməti pandemiya dövründə ölkəyə gələcək əcnəbi iş adamları üçün yeni qaydalar müəyyən edib. Yeni qaydalara əsasən Gürcüstana səfər edəcək xarici iş adamları karantinə cəlb olunacaq və ya koronavirusla bağlı testdən keçəcəklər. Amma karantin və testlər ödənişli olacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natia Turnava "İmedi" televiziya kanalına müsahibəsində söyləyib.

N.Turnava bildirib ki, bu xidmətlərə görə məbləğ çox böyük olmayacaq. "Bu qaydalar vətəndaşların sağlamlığını qorumaq və investorlarla kommunikasiyanın pozulmaması məqsədilə tətbiq ediləcək" - deyə, N.Turnava vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.