Dünya

Yaponiyada 145 mindən çox sakin təxliyə ediləcək

4 İyul 2020 08:48
Baxış: 843
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın cənub-qərbində yağan güclü yağışlar səbəbindən Kumamoto prefekturasında 145 min nəfərin təxliyəsi elan edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Kaqosima və Kumamoto prefekturalarının bəzi yerlərində yağışlar səbəbindən təhlükənin beşinci, ən yüksək səviyyəsi elan edilib. Bu səviyyə yerli əhali üçün "canınızı qurtarın!" siqnalını verir. Kumamoto prefekturasında 80 min sakinin təcili təxliyə edilməsi göstərişi verilib, daha 65 min nəfərin təxliyəsi isə tövsiyə edilib.

Hələlik yağıntılar nəticəsində zərərçəkənlər barədə məlumat verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.