Dünya

Türkiyədə pirotexnika zavodunda partlayış nəticəsində 4 nəfər ölüb

4 İyul 2020 07:15
Baxış: 724
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Sakarya vilayətində pirotexnika istehsalı zavodunda ötən gün baş verən partlayış nəticəsində 4 nəfər ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ölkənin səhiyyə naziri Fəxrəddin Qoca deyib.

Onun sözlərinə görə, partlayış nəticəsində daha 114 nəfər xəsarət alıb. Daha əvvəl 2 nəfərin öldüyü 73 nəfərin yaralandığı bildirilirdi.

Əmək, Sosial Xidmətlər və Ailə naziri Zəhra Səlçuk bildirib ki, partlayış zamanı zavodda 186 işçi olub. Hazırda zavodda ziyarətçilərin olub-olmadığı müəyyənləşdirilir.

Partlayışın səbəbi hələki məlum deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.