Dünya

Pakistanın Xarici İşlər naziri koronavirusa yoluxub

3 İyul 2020 21:25
Baxış: 676
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qureyşi yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. 

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə nazir "Twitter"də məlumat verib.

O, bu gün səhər hərarətinin artdığını bildirib.

"Dərhal evimdə karantin elan etdim. COVID-19 testim pozitiv çıxıb", - deyə Pakistan XİN başçısı qeyd edib.

Nazir vəzifəsini evdən icra edəcəyini vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Pakistan parlamentinin spikeri Əsəd Qeysərdə, Sind vilayətinin qubernatoru İmran İsmayılda, Pakistan Xalq Partiyasının lideri Səid Qənidə və Dəmir Yolu naziri Şeyx Rəşiddə koronavirus aşkarlanıb və onlar sağalıblar. Lakin bir sıra siyasətçilər, o cümlədən Bəlucistanın qubernatoru Sayed Fazal Ağa və Sind vilayətinin Yaşayış Məntəqəli üzrə naziri Qulam Mürtəza Bəlux koronavirusdan vəfat ediblər. 

Xatırladaq ki, son məlumatlara görə Pakistanda 223 mindən çox insan koronavirusa yoluxub, xəstəliyə yoluxanlardan 4.5 mindən çoxu vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.