Dünya

Koronavirusla əlaqədar bu gündən Bişkekdə xüsusi karantin rejimi tətbiq edilib

3 İyul 2020 17:14
Baxış: 965
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusla əlaqədar bu gündən Bişkekdə xüsusi karantin rejim tətbiq edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, paytaxtda vəziyyətin gərgin olaraq qaldığı bildirilir. Son sutka ərzində təkcə Bişkek şəhərində 230 yoluxma faktı qeydə alınıb.

Buna görə də xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, adi günlərdə Bişkekdə ictimai nəqliyyat səhər saat 7-dən 10-dək, axşam saat 17-dən 19-dək işləyəcək. Şənbə və bazar günləri isə ictimai nəqliyyat işləməyəcək.

Şəhərdəki əyləncə mərkəzləri, gecə klubları, karaoke klubları, uşaq əyləncə mərkəzləri və buna bərabər tutulan digər məkanların fəaliyyəti tam qadağan olunub, paytaxtdakı bütün parklara giriş məhdudlaşdırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.