Dünya

Rusiya koronavirus üçün dərman ixracına başlayıb

2 İyul 2020 21:11
Baxış: 1 272
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya koronavirusun müalicəsi üçün nəzərdə tutulan "Avifavir" preparatının ixracına başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu dərman preparatları ilk növbədə Belarusa idxal olunacaq.

Bundan başqa, "Avifavir"in Qazaxıstana ixracının həyata keçirilməsi planlaşdırılır. Eyni zamanda, bir sıra Latın Amerikası ölkəsi ilə danışıqlar aparılır.

Qeyd edək ki, "Avifavir" may ayında Rusiya Səhiyyə Nazirliyi tərəfindən koronavirusun müalicəsi üçün təsdiq edilib. Bundan əvvəl bu preparat Ebolanın müalicəsi üçün istifadə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.