Dünya

Çavuşoğlu: “Fransa Türkiyədən üzr istəməlidir”

2 İyul 2020 16:24
Baxış: 1 270
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya Türkiyəyə səyahət məhdudiyyətini bir daha nəzərdən keçirməlidir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Almaniyada səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Hayko Maasla birgə mətbuat konfransında bildirib.

H. Maas isə öz növbəsində deyib ki, Almaniya turizm mövzusunda məhdudiyyət məsələsinə yenidən baxacaq.

M. Çavuşoğlu Almaniyanın Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi dövründə obyektiv mövqeyi ilə çıxış edəcəyinə əminliyini ifadə edib.

Türkiyənin Şərqi Aralıq dənizində Fransa gəmilərinə məhdudiyyət qoyması ilə bağlı suala cavabında M. Çavuşoğlu vurğulayıb ki, Türkiyə belə bir hərəkətə yol verməyib və buna görə Fransa Türkiyədən üzr istəməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.