Dünya

Dünyada hazırlanmaqda olan koronavirus vaksinlərinin sayı açıqlanıb

2 İyul 2020 12:48
Baxış: 1 386
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda dünyada koronavirusa qarşı 141 vaksinin hazırlanması davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus deyib.

O bildirib ki, bəzi preparatların tam hazır olmasına bir neçə ay qalır.

ÜST rəhbəri qeyd edib ki bu vaksinlərin tam müdafiə etməsinin təminatı olmasa da, təşkilat vaksinlərə ümid bəsləyir.

Qeyd edək ki, bir müddət əvvəl Böyük Britaniya və İsveçin "AstraZeneca" birgə şirkəti və ABŞ-ın "Moderna" şirkətinin vaksin hazırlığının sürətlə getdiyi bildirilmişdi. Bu şirkətlərin məhsulunun yaxın zamanlarda sınaqların ikinci və üçüncü mərhələlərinə keçidi gözlənilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.