Dünya

Ərdoğan və Merkel Liviya və Suriyanı müzakirə ediblər

2 İyul 2020 07:35
Baxış: 665
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkel ilə telefon danışığı aparıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata əsasən, tərəflər regional problemləri, ilk növbədə Liviya və Suriyada vəziyyətin inkişafını müzakirə ediblər.

Liderlər, həmçinin yeni növ koronavirus pandemiyasına qarşı mübarizə sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.

Söhbət zamanı ikitərəfli münasibətlərin vəziyyəti ilə bağlı məsələlərə də toxunulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.