Dünya

İranda karantin rejimi sərtləşdirilib

1 İyul 2020 16:15
Baxış: 1 756
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 1-dən başlayaraq paytaxt Tehran şəhəri ilə yanaşı, İranın 11 vilayətində karantin rejimi sərtləşdirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı İranın Səhiyyə nazirinin müavini İrəç Hərirçi televiziyada çıxışı zamanı deyib. O bildirib ki, koronavirusun geniş yayılması nəticəsində yoluxma və ölüm hallarının artması karantin rejiminin bəzi vilayətlərdə sərtləşdirilməsini zərurətə çevirib. İki həftə ərzində bütün kütləvi toplanma yerlərində tibbi maskadan istifadə məcburi olacaq. Bununla yanaşı, İranın Qərbi və Şərqi Azərbaycan, Sistan-Bəlucistan, Fars, Kirman , Əlborz, Hörmüzgan, Rezavi, Buşəhr vilayətlərində sərt karantin rejimi tətbiq ediləcək.

Karantin rejimi müddətində insanların kütləvi toplaşdığı yerlər bağlanıb, zərurət olmadan evdən çıxmaq qadağan edilib.

Nazir müavini bildirib ki, vəziyyətdən asılı olaraq karantin rejiminin müddəti uzadıla bilər. Adıçəkilən vilayətlərdə bir daha dezinfeksiya işləri aparılacaq.

Xatırladaq ki, İranda koronavirusdan hər gün 100-dən çox adam ölür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.