Dünya

Türkiyə polisi ölkə tarixində ən böyük əməliyyat keçirib

30 İyun 2020 20:07
Baxış: 1 154
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə polis narkotiklə mübarizə çərçivəsində genişmiqyaslı əməliyyat keçirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, əməliyyat nəticəsində 67 nəfər saxlanılıb və 10 milyon dollara yaxın pul vəsaiti müsadirə edilib.

Ölkənin Daxili işlər naziri Süleyman Soylunun sözlərinə görə, bu əməliyyat nəticəsində 73 milyon dollar məbləğində narkotik ticarəti dövriyyəsinin qarşısı alınıb. O, bu əməliyyatı ölkə tarixində ən böyük əməliyyat adlandırıb.

Əməliyyat Türkiyənin 11 vilayətində eyni zamanda keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.