Dünya

İranlı nazir: “Koronavirusa qarşı peyvəndin heyvan üzərində sınağı uğurlu olub, nəticələr ümidvericidir”

30 İyun 2020 16:03
Baxış: 1 173
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndin heyvan üzərində sınağı uğurla həyata keçirilib.  

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İranın Səhiyyə naziri Səid Nəməki "Farmeks (Pharmex) 2020 Dərman Preparatları Sərgisi"nin açılış mərasimində bildirib.

O deyib ki, ötən 4 ay ərzində iranlı mütəxəssislərin peyvəndin istehsalı üzrə fəaliyyəti yaxından izlənilib və nəticələr çox ümidvericidir.

S. Nəməki qeyd edib ki, koronavirusa qarşı peyvəndin istehsalı sahəsində İran böyük addımlar atıb və tezliklə peyvəndin insan üzərində sınaqdan keçirilməsinə başlanacaq. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.