Dünya

Yaponiyada koronavirus vaksininin insanlar üzərində sınaqları başlayıb

30 İyun 2020 20:24
Baxış: 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın "AnGes" əczaçılıq şirkəti Osaka Universitetinin xəstəxanasında koronavirusa qarşı vaksinin insanlar üzərində ilk kliniki sınaqlarına başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, sınaqların ilkin mərhələsində 30-dək könüllü iştirak edəcək. Könüllülər xəstəxananın əməkdaşları arasından seçiləcək.

Vaksinin səmərəliliyi təsdiq olunacağı təqdirdə sınaqlar xəstələr arasında 400-dək könüllü üzərində keçiriləcək.

"AnGes" şirkəti nuklein turşuları əsasında DNT-vaksin yaradıb. Bu vaksinin sınaqları siçanlar üzərində uğurla keçirilib. Vaksindən siçanlarda anticisimlərin yarandığı deyilir.

Qeyd edək ki, hazırda bütün dünyada 10-dək koronavirus vaksininin sınaqları davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.