Dünya

İranda sayt rəhbəri edama məhkum edilib

30 İyun 2020 20:03
Baxış: 1 216
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda ötən ilin oktyabr ayında həbs olunan "Amadnews" saytının rəhbəri Ruhullah Zəm edama məhkum olunub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, İranın təhlükəsizlik orqanları R. Zəmə qarşı bir sıra, o cümlədən Neft Nazirliyində işləyərkən korrupsiya ilə məşğul olması barədə ittiham irəli sürüb.

Qeyd edək ki, R. Zəm 2009-cu ilin prezident seçkilərindən sonra tanınmış müxalifətçiyə çevrilib. O, İran ruhanisi Məhəmməd Əli Zəmin oğludur. R. Zəm bir müddət İranda həbsdə olub, daha sonra Malayziyaya, ordan da Fransaya qaçıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.