Dünya

Makron Fransa konstitusiyasına dəyişikliklər edilməsi təklifinə razılıq verib

29 İyun 2020 23:56
Baxış: 1 179
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa Prezidenti Emmanuel Makron ölkə konstitusiyasına ekoloji öhdəlikərlə bağlı dəyişikliklərin edilməsi təklifinə razılıq verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə prezident İqlim üzrə Vətəndaş Konventinin üzvləri ilə görüşü zamanı deyib.

O, konstitusiyanın birinci maddəsində bioloji fərqlilik və iqlim dəyişikliyinə qarşı öhdəliklərin daxil edilməsi fikrini dəstəkləyib.

E.Makronun sözlərinə görə, bu məsələ Fransa parlamentinin hər iki palatası tərəfindən baxıldıqdan sonra referenduma çıxarıla bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.