Dünya

Fransanın sabiq Baş naziri azadlıqdan məhrum edildi

29 İyun 2020 21:09
Baxış: 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın sabiq Baş naziri Fransua Fiyon beş il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Baş nazir dövlət vəsaitini əsassız xərcləməkdə, o cümlədən deputat olarkən öz həyat yoldaşı Penelopa Fiyonu köməkçi olaraq saxta şəkildə işə götürməkdə təqsirli bilinib.

Sabiq nazirin cəzasının 3 ili şərti olaraq verilib. Eyni zamanda, P.Fiyon da 3 il müddətinə şərti azadlıqdan məhrum etmə və 375 min avro məbləğində cərimə ilə cəzalanıb.

Hər iki şəxs qərardan apellyasiya şikayəti verəcəyini deyib.

Qeyd edək, Fransua Fiyon Nikolya Sarkozinin hökumətində 2007-2012-ci illərdə Fransanın Baş naziri olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.