Dünya

Misir koronavirusa görə yeni vergi tətbiq edir

29 İyun 2020 22:20
Baxış: 993
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misir parlamenti koronavirusa qarşı mübarizə aparmaq üçün yeni vergi tətbiq etməklə bağlı qanun qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həmin vergi əməkhaqqının 1 faizini təşkil edəcək və bir il ərzində tutulacaq. Ayda aşağı qazanc əldə edənlər sözügedən vergidən azad olunurlar. Epidemiyadan iqtisadi zərərçəkən şəxslər də yeni vergini ödəməkdən azad olunacaqlar.

Misir hökumətinin mətbuat xidmətinin məlumatına görə, vəsait koronavirusdan zərərçəkmiş müəssisələrin və vətəndaşların dəstəklənməsinə və səhiyyə sisteminin inkişafına yönəldiləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.