Dünya

İranda koronavirusdan daha 162 nəfər ölüb

29 İyun 2020 16:39
Baxış: 753
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda ötən sutka ərzində daha 162 nəfər koronavirusdan (COVID19) ölüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Sadat Larinin sözlərinə görə, beləliklə indiyədək İranda bu virusdan ölənlərin sayı 10 672 nəfərə yüksəlib.

Sadat Lari əlavə edib ki, ötən 24 saat ərzində daha 2 536 nəfər koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 225 205 nəfərə çatıb. Virus daşıyıcılarından 3 037 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi bildirib ki, indiyədək İranda 186 180 nəfər koronavirusdan sağalıb.

Sadat Lari Xuzistan, Kürdüstan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Hörmüzqan, Buşehr, Rəzəvi Xorasanı və Kirmanşah vilayətlərində vəziyyətin ağır olduğunu deyib.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 1,63 milyondan çox test həyata keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.