Dünya

Hindistanda ötən gün təxminən 20 min COVID-19 yoluxması qeydə alınıb

28 İyun 2020 11:47
Baxış: 639
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanda gün ərzində COVID-19 infeksiyasına rekord sayda - 19 min 906 yoluxma halı alınıb. Bununla da ölkədə ümumi yoluxma hallarının sayı 528 min 859-a yüksəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ötən sutka ölkədə COVID-19 səbəbindən 410 ölüm baş verib. İndiyədək Hindistanda 16 min 95 nəfər bu virusdan ölüb. Virusa yoluxanların 58 faizinin sağaldığı bildirilir.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə ABŞ, Braziliya və Rusiyanın ardından 4-cü sıradadır. COVID-19 pandemiyası ilə əlaqədar martın 25-dən Hindistanda qüvvədə olan xüsusi karantin rejimi iyunun 30-dək uzadılıb. Bəzi ştatlar yerli vəziyyətə uyğun olaraq xüsusi karantin rejiminin iyulun 15-dək uzadılmasına qərar verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.