Dünya

Çində ötən sutka ərzində 21 nəfərdə koronavirusun aktiv forması aşkarlanıb

27 İyun 2020 14:45
Baxış: 788
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində ötən sutka ərzində 21 nəfərdə yeni növ koronavirusun aktiv forması aşkarlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yeni yoluxma hallarından 4-ü xaricdən gələn vətəndaşlarda, 17-si isə ölkə daxilində - Pekin şəhərində qeydə alınıb.

Bildirilir ki, ötən sutka ərzində 12 nəfərdə simptomsuz koronavirus aşkarlanıb. Simptomsuz koronavirus daşıyıcıları həkimlərin nəzarəti altında saxlanılır.

Qeyd edilir ki, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 83 483 nəfərə çatıb, ölənlərin sayı isə 4 634 nəfər səviyyəsində qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.