Dünya

İt əti festivalı start götürüb - Çin dünyanı yenidən zibilə salacaq

27 İyun 2020 17:48
Baxış: 1 434
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin Quansi əyalətinin Yuylin şəhərində növbəti it əti festivalı start götürüb.

Milli.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, itlərin qida üçün yetişdirilə bilən heyvanlar siyahısından çıxarılmasına baxmayaraq, yay gündönümü günündə it əti festivalı keçirilib. Çin Kənd Təsərrüfatı Nazirliyinin aprel qərarına əsasən, itlər yalnız ev heyvanları hesab edilə bilər.

Heyvan müdafiəçiləri qanunvericilikdə dəyişiklikləri alqışlayıb və bu festivalın son dəfə keçirildiyinə ümid edir. Onların fikrincə, bu cür tədbirlərin dayandırılması yalnız heyvanlar üçün deyil, həm də insanların sağlamlığının qorunması üçün vacibdir. Çünki koronavirus pandemiyası sanitariya nəzarətindən keçməyən heyvanların ətinin istehlakı səbəbindən meydana gəlib.

Çin 2020-ci ilin aprelində koronavirusun yayılması fonunda itlərə yeməli heyvan kimi baxılmasını rəsmi olaraq dayandırıb. Ölkənin Kənd Təsərrüfatı Nazirliyi qeyd edib ki, sivilizasiya inkişaf etdikcə, itlər yalnız insanların yoldaşı hesab olunmağa başlayıb və buna görə də artıq Çində yeməli ev heyvanı hesab edilmir.

"Humane Society International" təşkilatının məlumatına görə, Çində hər il 10-20 milyon it ət əldə etmək məqsədilə kəsilir. Uzun müddət ölkədə bu heyvanın ətinin sağlamlıq və uğur gətirdiyinə inanılırdı. Ancaq çinlilərin əksəriyyəti heç vaxt it ətinin dadına baxmayıblar və bunu etməyi planlaşdırmayıblar.

Honkonqda köpəklərin və pişiklərin yemək məqsədilə öldürülməsi qadağandır. Onların ətini yeyən şəxslər altı aya qədər həbs və 640 dollar cərimə ilə cəzalandırılır. Çinin qalan hissəsində bu heyvanların ətini yeməyə 2020-ci ilin aprel ayına qədər icazə verilirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.