Dünya

Britaniyada qəribə abidə tapıldı - FOTO

27 İyun 2020 17:27
Baxış: 1 183
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyada arxeoloqlar Stounhenc yaxınlığında ən böyük arxeoloji sahəyə çevrilən qədim abidə tapıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu, onlarla nəhəng çuxurdan ibarət, iki kilometr diametri olan abidədir. Onun ölçüsü arxeoloqları 4 500 il əvvəl bu torpaqlarda yaşayan icmaların imkanları barədə fikirləri yenidən nəzərdən keçirməyə məcbur edib.

Stounhenc, ehtimal ki, dünyanın ən məşhur daş dövrü tikilisidir. Eyni zamanda, o, daha geniş arxeoloji abidə şəbəkəsinə daxildir.

Abidənin Darrinqton Uollsun bir neçə kilometr şimal-şərqində neolit dövrünə aid yaşayış məskəni olması təxmin edilir. Stounhencin qurucularının da burada yaşadığı güman olunur.

Rayonda daha əvvəl tapılan bir neçə çuxurun bu zamana qədər təbii mənşəli olduğu hesab edilib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.